Türkiye ve Azerbaycan, dünya tarihinde çok önemli bir konuma sahip "tek millet, iki devlet"tir.

Türkiyə və Azərbaycan dünya coğrafiyasında və tarixində çox mühüm mövqeyi olan, Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, “bir millət, iki dövlət”dir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.
 

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ənənəyə çevrilən ilk xaricə səfərini 12-13 iyun tarixlərində Şimali Kipr Türk Respublikasına və Can Azərbaycana etdi. Azərbaycana səfər çərçivəsində baş tutacaq təmaslarda iki qardaş ölkə arasında münasibətlərin yeni dövrdə daha da yaxşılaşacağı və digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq əlaqələrə dair qarşılıqlı fikir mübadiləsinin aparılacağı gözlənilir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hər sahədə yüksək səviyyədə inkişaf edən əməkdaşlıq iki ölkənin, eləcə də regionun və dünyanın sabitliyinə, sülh və rifahına böyük töhfələr verir.
 

“Türkiyə və Azərbaycan liderlərinin qardaşlıq zəminində sıx iş qrafiki və ortaya qoyduğu sarsılmaz iradə mövcud ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində çox mühüm amildir. Bu məqamda, mən türk dünyasının üzvü kimi Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bütün dürk dünyası adından öz hörmət və minnətdarlığımı bildirirəm”, - deyə Y.Topçu bildirib.
 

Y.Topçu onu da qeyd edib ki, Türkiyədə 28 may tarixində keçirilən seçkilərin nəticəsi olaraq Milli Təhlükəsizlik Şurasının yeni dövrün ilk bəyanatında Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi və bildirildi ki, Azərbaycanla Ermənistan arasında qalıcı sülhün təmin edilməsi təkcə Cənubi Qafqazda deyil, qlobal zəmində də sabitliyə töhfə verəcək.

“Bir millət, iki dövlət” prinsipi ilə yan-yana, çiyin-çiyinə durduğumuz Can Azərbaycanın və onun xalqının “15 İyun Milli Qurtuluş Günü”nü təbrik edirəm və Ümummilli Lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad edirəm”, - deyə o vurğulayıb.
 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edib.
 

Ləman Əsədli
Twitter: @Lamanasadli01

 



Facebook
Twitter
  • BİZE ULAŞIN

  • Ehli Beyt Mah. Ceyhun Atuf Kansu Cad. Beycanoğlu İş Merkezi̇ No: 102A/7
    Çankaya/ANKARA

  • 0312 285 71 71

  • 0312 285 71 72

  • yerlidusuncedernegi06@gmail.com

www.teknovizyon.net/
YukariCik